Nazir tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirdi

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir deyib ki, bir neçə il öncə ölkədə dərs ilinin müddəti 2 həftə uzadılıb.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı, 2015-ci ildən tərtib edilən dərsliklər, müəllimlər üçün metodiki vəsait 34 dərs həftəsi üçün hesablanıb.

Nazir qeyd edib ki, 2015-ci ildən əvvəl hazırlanan dərsliklərlə bağlı isə Təhsil İnstitutu xüsusi tövsiyələr hazırlayıb: "Rayon təhsil şöbələrinə, məktəblərə həmin tövsiyələr əsasında materialın 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə ətraflı məlumatlar verilib".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar