«BMT Təhlükəsizlik Şurası «təhlükə şurası»na çevrilib» - Boliviya prezidenti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Boliviyanın Prezidenti Evo Morales Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasını (TŞ) «Təhlükə şurası» adlandırıb. O, bunu  beynəlxalq müqavilələrə, o cümlədən TŞ-nın özünün təsdiqlədiyi sazişlərə əməl olunmması ilə izah edib.

«Mən deyərdim ki, bu gün o, təhlükə şurası və ya qeyri-müəyyənlik şurasıdır. Orada BMT üzvü olan ölkələrin hüquqlarına hörmət olunmur. Birləşmiş Millətlər Təşkilatı sülh naminə təsis olunub, ancaq bu gün təşkilatı hansı məqsədlər üçün istifadə edirlər? Öz maraqlarını irəli aparmaq xatirinə heç nəyə əməl olunmur və heç kimə hörmət qoyulmur» - deyə, Moralns «Valday» beynəlxalq klubunda keçirilən disskusiyalar çərçivəsindəki çıxışı zaman söyləyib.

Onun sözlərinə görə, BMT TŞ ona görə lazımdr ki, bütün ölkələrin səsi eşidilə bilsin. «BMT və digər strukturlar son nəticədə, xalqları təmsil edir» - Morales qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar