ABŞ “Boinq”i vuran raketin uçuş trayektoriyasının sxemini yaydı - Foto

ABŞ-ın Ukraynadakı səfirliyi “BUK” zenit-raket qurğusundan Malayziyaya məxsus “Boinq-777” təyyarəsinə buraxılan raketin uçuş trayektoriyasının sxemini dərc edib.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat səfirliyin “Facebook”dakı səhifəsində dərc olunub. Belə ki, dərc olunmuş sxemə əsasən, ABŞ təyyarənin separatçıların nəzarəti altında olan Donbas ərazisindən “yer-hava” sinfinə aid olunan “BUK” zenit-raket qurğusundan vurulduğunu təsdiqləyib.

Bundan başqa, ABŞ Ukrayna ordusuna məxsus “BUK” raket sistemlərinin istifadə olunma ehtimalını tamamilə istisna edir: “Ukrayna ordusu da “BUK” sistemləri ilə təchiz olunub, lakin biz əminik ki, onların heç biri hadisə baş verən ərazidə olmayıb. Həmçinin, Ukrayna ordusu münaqişə başlayandan “yer-hava” sinfinə aid raket sistemlərindən bir dəfə də olsun istifadə etməyib. Lakin Kiyev Rusiyaya məxsus hava uçuş vasitələrinin dəfələrlə Ukraynanın hava məkanına daxil olması barədə şikayət edib”, deyə məlumatda bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar