I rübdə Azərbaycanın tədiyyə balansında 1,1 mlrd. dollarlıq profisit yaranıb

2018-ci ilin yanvar-mart ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,1 mlrd. dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-mart ayları üçün tədiyyə balansında öz əksini tapıb.

Sənəddə bildirilib ki, bu həm neft qiymətinin 27.2% bahalaşması, həm qeyri-neft sektoru üzrə Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də əsas partnyor ölkələrdə iqtisadi vəziyyətin yaxşılaşması hesabına baş verib.

Cari Əməliyyatlar Balansında 1,6 mlrd. dollarlıq profisit yaranıb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 12,9% (147 mln. dollar) artaraq 1.3 mlrd. dollar olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar