Niderland ordusu Ukraynaya girmək istəyir

Bu istəklə hərbiçilər ölkənin müdafiə nazirinə məktub ünvanlayıblar

Hollandiya ordusu Ukraynanın dövlət ordusu ilə birgə təyyarənin qəza nöqtəsini ələ keçirməyə hazırdır. ANS PRESS-in məlumatına görə, bu barədə hərbiçilər tərəfindən Niderlandın müdafiə naziri C.A.Xennis-Plassxaerə göndərilən məktubda deyilir.

Məktubda Baş Nazir Ryuttedən onların Ukraynaya göndərilməsi üçün qərar verilməsinə təsir etmək xahişi edilib.

Hərbiçilərin göndərdiyi məktubda bildirilir ki, separatçı qüvvələrin həmyerlilərinin cəsədləri ilə təhqiramiz şəkildə davranılması xoşlarına gəlmir.

Məktubun sonunda bildirilir ki, “biz Holland qüvvələri vəziyyətin çətinliyini başa düşürük. Lakin istəyimizin yerinə yetirilməsi üçün sizin əmrinizi gözləyirik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar