İsraillilər Qəzza əməliyyatından razıdırlar?

Respondentlərin 4 faizi hesab edir ki, qarşıdurmanın qalibi Həmasdır

İsraillilərin 73%-i baş nazir Benyamin Netanyahunun son hərəkətlərindən və İsrail-Qəzza qarşıdurmasında “Sarsılmaz qaya” əməliyyatndan razıdırlar.  Yalnız 16% İsrail vətəndaşı baş nazirin qərarlarından narazıçılıq ifadə edirlər. 11% sorğu iştrakçısı isə hələdə bu məsələdə bir mövqeyə gəlib çıxa bilməyiblər.

Bu göstəricilər İsrailin “Yeni Dalğa” institutunun sorğusunda yer alır. “Baş nazir postuna kimi daha uyğun görürsüz?” sualına 48% sorğu iştrakçısı məhz Netanyahunu, 12% maliyyə naziri, “Yəhudi evi” partiyasının lideri Naftali Bennetanı, 9% Aviqdora Libermanı, 5% “Avoda” partiyasının lideri İssax Hersoğu, 1% isə hələ də müəyyən etmədikləri namizədi bu posta layiq görürlər.

Sorğuya əsaən 94% israilli ordunun da vuruşmasından razıdırlar. Bundan əlavə 77% israilli hazırki şəraitdə əməliyyatın dayandırılmasını istəmədikləri halda 16% atəşin təcili şəkildə saxlanılmasını istəyirlər. Bundan 7% isə yenə də fikirlərində yekun bir qərara gəlməyiblər.

“Hazırda qarşıdurmada hansı tərəf daha böyük nailiyyətlər əldə edib?”-sualına respondentlərin 73% İsrailin, 4% “Həmas”ın daha uğurlu olduğunu bildiriblər. 19% müsahib bu məsələdə heç bir tərəfin uğur qazandığını saymadığı təqdirdə, 4% yenədə bilmədiklərini bildirib.

Qeyd edək ki, sorğuda 500 yəhudi-israilli iştrak edib. /ANS

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar