Fitrə zəkatının məbləği adambaşı 5-10 manatdır

Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür.Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumatda qeyd olunur ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməyə mükəlləfdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qeyd edək ki, QMİ-nin fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edir və həmin gün ölkədə bayram namazı qılınacaq.

635x100

Şərhlər

Pensiyaçı 2018-06-14 19:52:38

Bu məsləhət verənin əhalinin vəziyyətindən xəbəri varmı? 4-5 nəfər ailənin fitrəsi 25-50 manat təşkil edir.Bu 4-5 nəfər ailədən 2-si işsiz,ikisi pensiyaçı olduqda aldıqları birlikdə 280 manat pensiya ilə onlar necə bir ay yaşamalı və hələ 25-50 manat da fitrə verməli və bayram qarşılamalıdırlar.Bu necə olur?Bu necə hesabdır?

məmmədqulu 2018-06-14 19:52:38

QMİ bu rəqəmi öz idarələrindəki "müqəddəs"lərin arşınlarına görə deyirlər? Deylib 3 kilo buğdanın ekvivalenti!! Siz kisəni söküsünüz, elə bilirsiniz bədbəxt millət də sökür??

Son yazılar