Ağdaşda meşədə narkotik bitkilər yetişdirən 2 şəxs saxlanılıb

Ağdaş rayonunda meşə sahəsində narkotik bitkilərin qanunsuz əkilməsi və yetişdirilməsi ilə məşğul olan şəxslər tutulub. APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 8-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər sakinləri, 1962-ci il təvəllüdlü Atakişiyev Rafael Söyün oğlu və həmyaşıdı Mustafayev Bağdı Qubad oğlu tərəfindən rayonun Qolqəti və Dəhnəxəlil kəndləri arasındakı meşə sahəsindən keçən şirə kanalının kənarında xüsusi aqrotexniki qaydada əkib-becərilən çətənə kolları aşkar edilib.

Polis əməkdaşları əraziyə baxış keçirən zaman oradan uzunluğu 30 sm-dən 1.90 sm-dək, çəkisi 2 kiloqram 865 qram olan 24 ədəd çətənə kolu götürüblər. Hər iki şəxs əməli barəsində Ağdaş rayon Polis Şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

məmmədqulu 2018-06-14 22:23:38

Bəs neyləsinlər yazıqlar. Meyvə-tərəvəz əkəcəklər, yerli xanlar onlara sahələrinu suvarmaq üçün su verməyəcək, məhsulu yığdıqdan sonra bazara çıxara bilməyəcək və alverçi gəlib su qiymətinə alacaq. Bu malın müştərisi başının üstündədir. Allah Qorbaçovun evini yıxsın!

Son yazılar