BƏƏ də Yəmənin Hudeydə şəhərində hərbi əməliyyatlara başlayır

BƏƏ-nin Nazirlər Şurası Yəmənin Hudeydə liman şəhəri üzərində nəzarətin ələ keçirilməsi üçün hərbi əməliyyatlara başlandığını elan edib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə cümə axşamı əmirliyin WAM informasiya agentliyi məlumat yayıb.

"Yəmənin qanuni hökumətinin müraciəti əsasında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası tərkibində olan silahlı qüvvələrimiz Hudeydə şəhər və limanının husilərdən azad edilməsi üzrə əməliyyata başlayır", — deyə BƏƏ-nin Nazirlər Şurasının bəyanatında bildirilir.

Bundan əvvəl Səudiyyə Ərəbistanı qoşunları Hudeydə şəhərinə hücuma keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar