Azərbaycanlılar ABŞ hərbçisini döydü

Litvada amerikalı hərbçi Azərbaycan vətəndaşları ilə dava edib.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, insident Kaunas şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Məlumata görə, dava gecə saat 2 radələrində mülki geyimdə olan amerikalı hərbçi ilə iki azərbaycanlı arasında olub. İnsidentin iştirakçıları sərxoş vəziyyətdə olublar. Amerikalını döyən azərbaycanlılardan biri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar