Paşinyan Ağdamın səngərlərinə girdi - FOTO (Yenilənib)

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı cəbhənin təmas xəttində olub.

Bu barədə Paşinyanın Mətbuat Xidməti məlumat yayıb.

Ona mühəndislik və bərkidici infrastrukturların, eləcə də etibarlı müdafiəni reallaşdırmağın yeni texnologiyaları təqdim edilib.

Paşinyanı səfəri zamanı qondarma rejimin rəhbəri Bako Saakyan, Ermənistanın müdafiə naziri David Tonoyan, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan, Ermənistan Baş Qərargahının baş inspektoru Movses Akopyan, qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyan müşayiət ediblər.

***

Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Davit Tonoyan səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Xəbəri Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeğoyan təsdiq edib.

Məlumata görə, Qarabağa bir günlük gələn Paşinyan, ilk növbədə Xocavənd rayonunun Çartar kəndində yeni tikilən kilsəni ziyarət edib.

Gündəmdəki məlumatların daha sonra yayılacağı bildirilir.(virtualaz.org)

***

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedəcək.

APA-nın “News.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin mətbuat katibi Arman Eqoyan məlumat verib.

Hazırda səfərin hansı məqsədlə baş tutacağı bilinmir. Detallar barədə sonra məlumat veriləcək.

635x100

Şərhlər

t.ədalət 2018-06-16 21:20:33

Paşinyanı Azərbaycan ərazisinə göndərən Moskvadır.Hörmətli politoloq Qabil Hüseynlinin digər saytlarda irəli sürdüyü fikirlərin əksinə olaraq,demək olar ki, Putin heç vaxt ermənistanı strateji müttəfiqlikdən ayırmayacaq.Əsassız mülahizələrlə çaşqınlıq yaratmaq düzgün deyil.Dəfələrlə deyilib,indidə demək lazım gəlir ki,ermənistan adında dövlət yoxdur,ora Rusiyanın yaratdığı və həmişə himayə etdiyi bir antitürk hərbi bazadır.ermənistanı yaratmaqla Rusiya müharibə sərhədlərini Türkiyəyə yaxınlaşdırıb.

naxçıvanlı 2018-06-16 21:20:33

Hərbi gücü və güclü kəşfiyyatı olan ölkə ərazisinə girən cinayətkarı tutub, dünyaya nümayiş etdirir və ya məhv edir. Daxili auditoriyaya yönəlmiş bu cür sərsəm çıxışlarla cammatın zəhləsini tökməyin! Hansınızın övladı ön cəbhədədir? Heç birinizin! Bu mövqelərdə kasıb-kusublardır. Ölkə onu kəndli-kündlü deyil, knyaz Balkonskilər qoruyanda ölkə olur. Hamınızın xaricdə evləriniz var.Buna görə də ermənilərin "İsgəndərləri", "çirkli bombaları" sizləri narahat etmir və etməyəcək də!

Ucarlı balası 2018-06-16 21:20:33

Niye bu dgani vurmurlar. Ismet gayibovun ve bawga wehidlerin gani yerde galmazdi. Mutleg vurmag lazimdi

EWDER 2018-06-16 21:20:33

NAXCIVANLI QARDAW DUZ DEYIRSEN.BIZIMKILER LAZIMI GOZLEYIRLER.....AXIRDA DA INKIWAFDAN DEM VIRURLAR

Anar 2018-06-16 21:20:33

BƏS BİZİMKİLƏR NİYƏ İMKAN VERİRLƏR BUNA.....CAVAB VERSİNLƏR DƏ DÜŞMƏNƏ.

Abit 2018-06-16 21:20:33

Bu şerefsiz artıq qırmızı xetti keçdi yeqinki kislorodu şimaldan aldı.Öskürenin qabağına ...maq lazımdı uzatmaq gerek deyil..Bu it kopeyuşağı qaşınır

Son yazılar