3 ton heroin əməliyyatında şok yenilik

Gürcüstanda tutulan yükün Azərbaycanda hansısa emal prosesindən keçdiyi ehtimal edilir

Azərbaycandan Gürcüstana keçərkən saxlanılan 3 ton narkotikdən şok xəbərlər var. Gürcüstandaki mənbədən “Azadlıq”a bəlli olub ki, bu narkotik yükün saxlanılması transmilli cinayətkarlıqla mübarizə çərçivəsində baş tutan bir əməliyyatdır. Həmin narkotik yükün Əfqanıstandan gətirildiyi bildirilir və qeyd edilir ki, onun Azərbaycanda da hansısa ikinci emal prosesi keçdiyi ehtimalı araşdırılır. Mənbə qeyd edir ki, bu işin araşdırılmasında regionda təhlükəsizliyə maraqlı olan bir çox dövlətlərin birgə əməliyyat-araşdırma qrupu iştirak edir.

Xatırladaq ki, iyulun 11-də Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycandan keçərək Türkiyəyə gedən yük maşınında 2 ton 790 kiloqram maye heroin aşkarlayıb. Hadisə dərhal ictimailəşdirilib. Məsələyə beynəlxalq media da ciddi diqqət ayırıb. Dünyanın ən nüfuzlu KİV-ləri hadisə barədə məlumat yayıblar. Azərbaycan tərəfi isə 3 tona yaxın heroinin Azərbaycandan necə keçdiyinə hələ ki, heç bir ciddi izahat verə bilməyib. Hakimiyyətin vəziyyətdən çıxmaq üçün atdığı bütün addımlar uğursuzluqla nəticələnib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar