"Niyə dövlətdə çalışıb, bir işin ucundan yapışmırsan?" - Bəxtiyar Hacıyev bu suala cavab verdi

bextiyar haciyev"Məndən tez-tez soruşurlar: “Kənardan danışmaqla nəyi dəyişəcəksən? Niyə dövlətdə çalışıb, bir işin ucundan yapışmırsan?” Mən bu sualların müəlliflərinə cavab verirəm”. Azərbaycanda öz yerini tapa bilməməsindən şikayətlənən bloqer Bəxtiyar Hacıyev sosial şəbəkələrdə belə bir müraciətlə çıxış edib.

Tanınmış bloqer yazıb: “Allahdan gizli deyil, sizdən niyə gizli olsun ki? Bu yaxınlarda, Azərbaycanda gənclərin elm, texnologiya və innovasiyaya istiqamətləndirilməsi yönündə bir layihə müzakirəsi gedirdi. Mən, ölkə üçün bu faydalı layihəni rəsmi bir statusla edə biləcəyimi bildirdim.

Həmin vaxt ASAN xidmətdə müşavir postunun BOŞ olduğunu xatırladıb, müşavir kimi bu layihəni reallaşdıra biləcəyimi bildirdim. Çünki bu layihənin reallaşdırılması üçün mənim səlahiyyətlərim olmalıdır. Ancaq, "reallıq hissini itirmisən, təcrübən yoxdur, çox yuxarıdan gedirsən, yəqin zarafat edirsən" kimi cavablar eşidəndən və ciddi olduğumu bildirəndən sonra, sanki qurbağa gölünə daş atıldı.

Dünən isə gənc kənd təsərrüfatı nazirimiz İnam müəllimin özünə innovasiyalar üzrə yeni müşavir təyin etdiyini mətbuatdan oxudum. Xanımı illərdir tanıyıram, buradan təbrik edirəm. İnam müəllim həqiqətən də çox gözəl seçim edib.

Ancaq gələcəkdə mənə və digərlərinə "niyə bir işin qulpundan yapışmırsınız, elə tənqid edirsiniz" iradınızı səsləndirəndə bunu da nəzərə alın.

İnsan ya dövlət qurumunda bir sahədə çalışar, başqa sahələrdəki qüsurlara qarışmaz, ya da ümumilikdə sistemin problemlərini göstərib, kənardan onların həll edilməsi üçün çalışar. Fəal vətəndaş evə girib qapı, pəncərə, pərdələri bağlayıb, telefonu və interneti söndürüb, evdə yatası deyil ki? Belə çıxır ki, hakimiyyət bizə məhz bunu təklif edir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar