DÇ-2018: Danimarka yığması Peruya qalib gəlib

Danimarka yığması Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində, ilk matçda Peru komandasına qalib gəlib.

"Report" xəbər verir ki, qarşılaşmada yeganə qol 59 dəqiqədə vurulub. Yussuf Poulsen komandasının qələbə qolunu rəqibin qapısından keçirib. Poulsen oyunun ən yaxşı oyunçusu elan edilib.

Buna qədər Peru yığmasının oyunçusu Kristian Kueva 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Danimarka növbəti oyununu iyunun 21-də Samarada Avstraliya yığmasına qarşı keçirəcək. Peru komandası isə Yekaterinburqda Fransa millisi ilə üz-üzə gələcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar