"PAŞİNYANIN QARABAĞA SƏFƏRİ MÜHARİBƏYƏ ÇAĞIRIŞDIR" - Rəsmi Bakı

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in suallarını cavablandırıb:

- Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini necə qiymətləndirirsiniz?

- Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə səfərini müharibəyə çağırış kimi qiymətləndiririk. Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır. Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyildir. Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır.

Danışıqların alternativinin nə olduğunu hamı çox yaxşı bilir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

- Ermənistanın qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək və müharibəyə çağırış cəhdlərinin daxili siyasi vəziyyətlə də bağlılığı vardırmı?

- Əlbəttə. Populist və ultra-şovinist millətçi təfəkkürünə malik olan yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır. Yeni Ermənistan hökumətinin təqdim etdiyi utopik və icrası qeyri-mümkün olan proqram bu ölkədə vəziyyətin nə yerdə olduğunu açıq şəkildə göstərir. Amma Ermənistanın yeni rəhbərliyinin yürütdüyü hərbi avantüra siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur.

635x100

Şərhlər

Arif 2018-06-17 00:01:17

Biz ov tüfəngi ilə rus erməni pulemyotlarının toplarının tanklarının qarşısında öz torpağımızı qoruyan millətik. A millət bizə nə oldu, bizə nə yedirtdilər nə içirtdilər ki biz belə manqutlaşdıq, Vətənimizə torpağımıza qarşı belə laqeyd olduq.

Nigar 2018-06-17 00:01:17

Paşinyanı tutmaq və ya məhv etmək lazımdır! ......

t.ədalət 2018-06-17 00:01:17

Bizi müharibəyə dartan Rusiyadır.Paşinyan yaxşı bilir ki,ermənistanın Azərbaycanla müharibə edəcək gücü yoxdur.Sadəcə olaraq,Rusiya öz maraqları üçün aranı qatır,problemin həllinə mane törədir.Belə yerdə Rusiyanın körüklədiyi hay-küy planı ilə yox ağıllı başla davranmaq xeyirli olar.Vəziyyət gərginləşən kimi,Rusiya erməninin yanında olacaq.Boş yerə əsgər itkisi nəyə lazım?

Oqtay N 2018-06-17 00:01:17

Mətbuat xidmətinin şəxsi rəyi kimə lazımdır? XİN rəyini bizə deyin.Mətbuat katibinin rəyi ilə kim hesablaşır ki .....

EWDER 2018-06-17 00:01:17

MERARIBE CAQRIWIDI,ELEYUNDE ,BU DA LAZIM .BESDURUN INKIWAF ELEDIK.....HAYDI,KIWILER.

Son yazılar