Yevlaxda avtomobil naməlum piyadanı vurub

Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Küçədə 50-55 yaşlı kişi yolu keçmək istəyən zaman avtomobil onu vurub. Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar