Cibgirlər dünya çempionatına baxmağa gedən azərbaycanlını soydular

Moskvada dünya çempionatının oyunlarına baxmağa getmiş azərbaycanlı soyğuna məruz qalıb. Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, 35 yaşlı Tərlan Məhərrəm oğlu Əliyevin bahalı “Ayfon-7” və “Vertu” telefonları, bank kartı oğurlanıb.

T.Əliyev polisə verdiyi ifadəsində əşyalarını “YandexTaksi”də qoyduğunu bildirib.

Amma sonradan araşdırılıb ki, onun telefonları və kartı taksidə qalmayıbmış. İlkin ehtimala görə, o, cibgirlərin qurbanı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar