Şamaxıda yük və minik maşınları toqquşub – 2 nəfər ölüb, 3 yaralı var

Dərc olunub: 17/06/2018 - 10:57

6ffe5c6c-121b-4e4e-a4de-fbcfd98cf1c6_292Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü km-də, Şamaxı şəhərinin girişində rayonunda “Qazel” markalı yük avtomobili ilə “VAZ” markalı minik maşını toqquşub.

“Report”un Şirvan bürosu xəbər verir ki, nəticədə “VAZ”da olan iki sərnişin – 1968-ci il təvəllüdlü Ucar rayon sakini Məmmədova Sima və 1985-ci il təvəllüdlü Göyçay rayon Qarayazı kənd sakini Məmmədov Elmin Zülfiqar oğlu dünyasını dəyişib.

Qəza zamanı həmçinin “VAZ”ın Göyçay rayonunun Qarayazı kədindən olan 1998-ci il təvəllüdlü sürücüsü Cabbarov Vasif Asif oğlu, eləcə də, “Qazel”in Şamaxı rayonundan olan 1968-ci il təvəllüdlü sürücüsü Feyzullayev Əflatun Əlqardaş oğlu və onun 1991-ci il təvəllüdlü qohumu Feyzullayev Neymət Əlzaman oğlu xəsarət alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşadırma aparılır.


loading...




Fikrinizi bildirin