Putinin gözlənilməz çıxışı erməniləri qorxutdu

İrəvanda KTMT-nin ləğv edilə biləcəyindən narahatdırlar

Rusiya Milli Təhlükəsizlik Şurasında çıxış edən Vladimir Putin İrəvanda böyük narahatlığa səbəb olub.

ANS-in məlumatına görə, erməni mətbuatı Rusiya prezidentinin suverinlik və milli təhlükəsizlik barədə çıxışında bir sıra “qəribə bəyanatlar” aşkarlayıb.

Konkret olaraq, Putinin Rusiyanın suverenliyinin əsasında “heç bir alyansa daxil olmaması”nın durduğunu söyləməsi erməniləri narahat edib.

Rusiya prezidenti deyib ki, hər hansı alyansa daxil olan istənilən ölkə öz suverenliyinin bir hissəsini verir və bu, heç də həmişə ölkənin maraqlarını əks etdirmir.

Erməni şərhçi Naira Ayrumyan isə xatırladır ki, Rusiya ən azı iki alyansın - Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. “Qəfildən Putin bəyan edir ki, Rusiya alyansların üzvü deyil. Ya Putin tamamilə başını itirib, ya da ki, KTMT-nin ləğvi barədə fərman verməyə hazırlaşır”,- deyə Naira Ayrumyan ehtimal edib.

Əslində, normal məntiqi olan Ermənistan vətəndaşı bundan qorxmalıdır. Çünki bütün Ermənistan, o cümlədən prezident Serj Sarkisyan təhlükəsizliklə bağlı bütün ümidlərini KTMT-yə bağlayıblar. Təsadüfi deyil ki, Argentinada səfəri zamanı yerli mətbuata müsahibəsi zamanı Serj Sarkisyanı çox narahat edən bir sual vermişdilər ki, erməniləri Qarabağı işğal etməsinə cavab olaraq Azərbaycan İrəvanı tutarsa nə edərəsiniz?

Ermənistan prezidenti yetərincə ciddi mətbu orqana cavab olaraq Azərbaycana mane ola biləcəklərini iddia etməmişdi. Sadəcə, əsas ümidlərini KTMT üzrə əsas tərəfdaşları Rusiyanın müdafiəsinə bağladıqlarını demişdi: “İnanıram ki, strateji tərəfdaşımız bizim belə vəziyyətə düşməyimizə imkan verməz”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar