Argentina millisi azərbaycanlını “öldürəcəkdi”: 100 min borc aldı və uduzdu

Moskvada Ərəstun Rüstəmov adlı azərbaycanlı intihara cəhd edib.Musavat.com-un məlumatına görə, Rusiya paytaxtının “Dubrovka” metrostansiyası yaxınlığında eyni adlı bazarda xırda ticarətlə məşğul olan Ə.Rüstəmov futbol üzrə dünya çempiontının dünən keçirilən Argentina-İslandiya oyununa bukmeker kontorunda pul yatırıb.

Argentinanın qələbəsinə 100 min rubl (təxminən2850 manat) pul yatıran həmyerlimiz, oyunun heç-heçə bitməsindən sonra evdən çıxıb. Yaxınlıqdakı parkda özünə qəsd etmək istəsə də, həmyerliləri bunun qarşısını alıblar.

Məlumata görə, 100 min rublu o, bazarda icarə haqqını ödəmək üçün borc alıbmış. Bazarda icarəyə də 300 min borcu varmış.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar