Nəhəng piton qadını udub! – İndoneziyada

Dərc olunub: 17/06/2018 - 13:48

ilanqadiniuddu«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İndoneziyanın Sulavesi adasında 8 metrlik pitonun mədəsində qadın cəsədi aşkarlanıb. Yerli polisə istinadla bu barədə «Jakarta Post» qəzeti yazıb.

Qəzet yazır ki, cümə axşamı 54 yaşlı yerli sakin Va Tiba axşam saatlarında öz evindən bir kilomet məsafədə yerləşən bostanına baş çəkmək üçün gedib və yoxa çıxıb. Növbəti gün səhər-səhər evə qayıtmadığına görə, ailəsi hay salıb. Qadının bacısı onu axtarmağa gedib, amma yerdə yalnız izlər, fonar, ayaqqabı… aşkalayıb.

O, dərhal kömək üçün yerli sakinlərə müraciət edib. Bir neçə saatdan sonra, onlar «yeməkdən sonra mədəsi şişmiş» pitonu tapıblar. Sakinlər onu öldürüb, qarnını yarıblar və itmiş qadının cəsədini çıxardıblar.

Ötən il də Sulavesi adasında 7-metrlik piton bir fermeri udubmuş.








loading...


Fikrinizi bildirin