Roma Papası abortları nasistlərin cinayətləri ilə eyniləşdirib

Roma Papası Fransisk abortu pisləyib."Report" xəbər verir ki, bu barədə "Chicago Tribune" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Papa abortları nasist Almaniyası dövründə həyata keçirilən cinayətlərlə eyniləşdirib.

"Ötən əsrdə nasistlərin irqi təmizlik üçün etdikləri bütün dünyanı sarsıtdı. Bu gün bir də həmin şeyi edirik, lakin ağ əlcəklərlə", - deyə Fransisk İtaliyada keçirilən ailə forumunda bildirib.

Katolik kilsəsinin başçısı doğuşdan əvvəlki testlər əleyhinə çıxdığını bildirib. Papa uşaqları Allahın verdiyi bəxşiş kimi qəbul etməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar