Axtarışda olan 15 nəfər saxlanıldı

Dərc olunub: 17/06/2018 - 14:06

DIN-binaÖtən gün ərzində respublikada 95 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktların 20-si “isti izlər”lə açılıb. Qeyd olunur ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Həmçinin, axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: “Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb”.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.








loading...


Fikrinizi bildirin