ABŞ-da sərgidə atışma olub, ölən və yaralananlar var

Bu gün ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində sərgidə atışma olub, bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.APA-nın məlumatına görə, bu barədə "Trentonian" qəzeti polisə istinadən məlumat yayıb.

Hadisə yerli vaxtla saat 3.00 radələrində 24 saat fəaliyyət göstərən gündəlik sərgidə baş verib. Polis atışma nəticəsində 1 nəfərin öldüyünü təsdiqləyib, yaralıların sayının isə dəqiqləşdirildiyini bildirib. Polis leytenantı Darren Zappli deyib ki, 6, yaxud 7 yaralı ola bilər.

Atışmanın səbəbi məlum deyil. Sərgidə atış açdığı ehtimal olunan bir neçə şübhəli var. Hadisə zamanı sərgidə olan polislər cavab atəşi açıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar