İraq erməniləri Azərbaycan ərazilərinə yerləşdirilir?!

Güney Azərbaycanın qərb bölgəsi -Qərbi Azərbaycan Vilayəti (ostan) adı ilə tanının məntəqənin- demoqrafik durumu təhlükə altındadır.

Uuzun illərdir PKK terror təşkilatının göstərdiyi xətt əsasında Qərbi Azərbaycanın demoqrafik durumunun dəyişdirilməsinə çalışılır. Bu yolda həm terror təşkilatlarına bağlı kürdlər və həm də İran rejimi fərqli rollar götürüblər.

Son məlumata görə, ETTELAAT-a (İran Kəşfiyyat Nazirliyi) bağlı olan “azəriha” saytı yazıb ki, “Musulun arxiyepiskopu (osqof-i ə`zəm) İraqdakı əsasən ermənilərdən ibarət olan xristianların (məsihi) Urmiyə şəhərində yerləşdirilməsini istəyib. Musulun xrisianları təxminən 50 min nəfərdir. İran yaxın şərqdə təkcə ölkədir ki, Orda xristianlara ictimaiyyət və qanun tərəfindən xüsusi hörmət edilir”.

Qeyd edək ki, Şərhçilərin fikrinə görə, hələlik Urmiyəyə İraqdan gələn heç bir erməni yerləşdirilməsə də, ama Qərbi Azərbaycanın demoqrafik durumunun dəyişməsində maraqlı olan qüvvələr bu fürsətdən su-istifadə edib və erməniləri Urmiyəyə yerləşdirə bilərlər. Azərbaycan Milli Hərəkatı isə prosesi diqqət mərkəzində saxlamaqdadır.  /GünAz TV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar