Pasiyentlərə evtanaziya hüququ qaytarıldı – Kaliforniyada

Dərc olunub: 17/06/2018 - 17:15

Evtanazia«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) Kaliforniya apellyasiya Məhkəməsi ölümcül xəstələrə evtanaziya hüququ verən qanunun fəaliyyətini bərpa edib. Bu barədə «Los Angeles Times» nəşri xəbər verib.

Sözügedən qanun cəmi 6 aylıq ömrü qalmış xəstələrə ölüm gətirən dərmanlardan istifadə hüququ verir.

Bundan əvvəl, may ayında Riversayd dairəsi Ali məhkəməsinin hakimi Daniel Ottoliya qərar çıxarmışdı ki, evtanaziya barədəki həmin qanun ölkə Konstitusiyasına uyğun gəlmir. Nəşrin yazdığına görə, belə qərarın çıxarılmasına səbəb kimi, göstərilirdi ki, qanın səhiyyə məsələlərinə aid sesiyanın gedişində qəbul olunub, bunun isə evtanaziya aktı ilə heç bir əlaqəsi yoxdur.

«Bu qərar bəzi Kaliforniyalı pasiyentlərə, onların ailələrinə və həkimlərinə təskinlik gətirir» – deyə, Kaliforniyanın Baş prokuroru Ksaver Beserra bəyan edib.

Qanunun əleyhdarları iyulun 2-nə qədər məhkəmənin qərarından petisiya verə bilərlər.

ABŞ KİV-nin məlumatına görə, evtanaziya ölkənin Vaşinqton, Oreqon, Kaliforniya, Vermont, Montana, Kolorado və Havay ştatlarında artıq leqallaşdırılıb.








loading...


Fikrinizi bildirin