DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib

Futbol üzrə dünya çempionatında dördüncü oyun gününə E qrupunun Kosta-Rika - Serbiya matçı ilə start verilib.

"Report"un məlumatına görə, Samaradakı eyniadlı arenada təşkil olunmuş qarşılaşmanın taleyini bir qol həll edib.

56-cı dəqiqədə Aleksandar Kolarov cərimə zərbəsi ilə fərqlənərək, Serbiyaya qələbə qazandırıb - 1:0. Bu, dünya çempionatı start götürəndən sonra 9-cu oyunda 4-cü minimal hesablı qalibiyyət olub.

Görüşün sonu serbiyalı Nemanya Matiçin Kosta-Rika millisinin məşqçisi ilə top üstündə toqquşması ilə yadda qalıb. Münaqişə hakimlərin və digər futbolçuların müdaxiləsindən sonra aradan qaldırılıb.

Qrupun digər oyunu Braziliya və İsveçrə yığmaları arasında keçiriləcək. Rostov-Dondakı "Rostov Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

635x100

Şərhlər

azarkeş 2018-06-17 18:17:53

Azerbaycanli televizyon niye göre futbolu vermiyor here bir devlet kanalını benimseyip şifreli kanal edib pul yığınlar türkiyeden ibaret götürün buna adam nezdinde versin

Son yazılar