"Tərtərdə pambıq sahəsində zəhərlənən 14 nəfər evə buraxılıb" - İcra başçısı

Tərtər rayonunda pambıq sahələrindən birində zəhərləndiyi deyilən 14 nəfərin vəziyyəti yaxşıdır, onların hamısı evə buraxılıb.

Bu barədə Trend-ə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

M.Məmmədov bildirib ki, zəhərlənən şəxslərdən müəyyən analizlər götürülüb: "Analizlərin nəticələri onların qanlarında hər hansı zəhərli maddənin aşkar olmadığını göstərib".

İcra Hakimiyətinin başçısı həmçinin qeyd edib ki, hadisəyə səbəb sahədə istifadə olunan dərman vasitələri olmayıb:

"Dərmanın təsiri 2 gün müddətində olur, üzərində bu barədə yazılıb. Dərman vurulandan sonra yağış yağıb. Dərman ayın 11-də vurulub, sahəyə isə onlar ayın 16-da çıxıblar. Çox guman ki, onların vəziyyəti günvurma ilə əlaqədar pisləşib".

635x100

Şərhlər

ABDULQADIR 2018-06-17 19:50:13

MOLODES BELE ICRA KAFASINA.BU HEM DE DUXTURUYMUSH KI.14 NEFERI BIRDEN EVE BURAXMAQ OLAAR,BE PAMBUQ.TEMBOLI ZONDUGSUZ OLDUQLARINA GÖRE HAMINI HOPBUDUM GÜN VURUB.HERESINE BIR KITAYSKI ZONDUG VERIN QOVUN SAHEYE.

EWDER 2018-06-17 19:50:13

DERMENNIYUN GETSIN,ESAS INKIWAFDU,,WIROKO WAQARET AZEBIJAN.

Son yazılar