"Neftçi" Premyer Liqanın bombardirini transfer edib

"Neftçi” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

"Report"un klubun rəsmi saytına istinadla məlumatına görə, Topaz Premyer Liqasında 2017-2018 mövsümünün bombardiri Baqali Dabo ilə 2 illik müqavilə imzalanıb.

29 yaşlı hücumçu 9 nömrəli formanı geyinəcək.

Fransanın "İvri”, "Kretey”, "İstr” komandalarında çıxış etmiş Dabo ötən mövsüm "Qəbələ”nin heyətində çempionatda 27 oyunda 13 qol vurub.

"Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib. Flaqmanın transfer çalışmaları davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar