DÇ-2018-də sensasiya -Almaniya Meksikaya uduzdu  + FOTOLAR

Bu gün DÇ-2018-in qrup mərhələsinin 1-ci turunun 2-ci oyunu başa çatıb. Almaniya millisi Meksika ilə qarşılaşmada məğlub olub. Meksika komandası oyunun 34-cü dəqiqəsində hesabı açıb. Oyun bu hesabla Meksika komandasının xeyrinə başa çatıb. Qolun müəllifi İrvinq Losano olub. Almaniya-Meksika matçı Moskva, "Lujniki" stadionunda baş tutub.

Qeyd edək ki, bu oyundan əvvəl Kosta-Rika ilə Serbiya milliləri üz-üzə gəlib. Görüş serblərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün son oyununda isə Braziliya İsveçrəni sınağa çəkəcək. Komandalar saat 22:00-da qarşılaşacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar