“GÜNAYBANK”ın SƏDR MÜAVİNİ ÖLKƏDƏN QAÇDI! - Əmanətçilərin 100 milyon pulunu aparıb (Yenilənib)

 

Azərbaycanda daha bir iri bank soyğunu baş verib. Soyğunu həyata keçirənlər isə Hollivud filmlərindəki kimi maskalı quldurlar deyil, bankın rəhbərliyinə daxil olan şəxsdir. 

Bank çevrələrindən virtualaz.org –a məlum olub ki, Azərbaycanın ilk kommersiya banklarından biri olan “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb. Onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir. Ehtimal ki, pullar əvvəlcədən hansısa offşor şirkətlərin hesablarına axıdılıb.  E.Zeynalov əvvəllər ölkənin iri banklarından birində departament rəhbəri olub, 2017-ci ilin aprelində “GünayBank”ın idarə heyətinin sədr müavini təyin edilib. Bu misli görünməmiş bank soyğunun təfərrüatları barədə yaxın günlərdə mənbələrimizin köməyi ilə əlavə məlumatlar əldə etməyə çalışacağıq.

“GünayBank” ASC 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın bank sektorunu 2015-ci ildə bürümüş dərin böhrana baxmayaraq ayaqda qala bilmişdi. Hətta bankların əksəriyyəti ili zərərlə başa vursa da “GünayBank” ötən il təmiz gəlir əldə edən azsaylı banklardan biri olub.

Bankın əsas səhmdarları Mahmud Məmmədov və Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89.76 faiz hissəsinin sahibidir.  Mahmud Məmmədov bankın Müşahidə Şurasının sədridir. 2017-ci il üçün maliyyə hesabatına əsasən “GünayBank” ASC-nin cəmi aktivləri 186 milyon manat olub. Bankın müştəri hesabları üzrə öhdəlikləri 94 milyon manatdan yuxarıdır, cəmi nizamnamə kapitalı isə 57.4  milyon manatdan yuxarıdır. Bu rəqəmlərdən də göründüyü kimi bankir Zeynalov bankı faktiki olaraq boşaldıb.

***

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emil Zeynalovun Bankın 100 mln. manat məbləğində vəsaitini götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Qurumun mətbuat katibi Elşən Allahverdiyev “Report”a bildirib ki, bu məlumatlar əsassızdır.

“Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur ki, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər. “Günay Bank”ın fəaliyyəti, maliyyə göstəriciləri normativlərə, pridensial normalara uyğundur”, - deyə, o, qeyd edib.

Maraqlıdır ki, nə “Günay Bank” ASC-nin rəhbərliyi, nə də  Emil Zeynalovun özü məlumatı təkzib etməyib. Bu da məlumatın doğru olması ehtimalını artırır. 

635x100

Şərhlər

Эkc coban 2018-06-18 17:21:50

Bayram qaga,var olasiniz,menim duwunduklerimin hamisini nece lazimsa yazmisiniz.Yeri gelmiwken EWDER emiye salamlar,inkiwafu qeti tormozlamaq Emi cani!

Sahib 2018-06-18 17:21:50

Zeynal Nagdəliyev, Sahib Ələkbərov,Eldar Əzizov, Taleh Qaraşov,Füzuli Ələkbərov və sair komsomoliklər Sahibkarlar Partiyasında rəhbərlikdə olarkən bu Mahmudun pullarını xımır xımır yedilər və sonra Rusiyaya qaçdılar.İndi də yəqin bu yolla onun pullarının dalına keçirlər.Burda qaranlıqlar çoooxxxdur.

bayram 2018-06-18 17:21:50

Yəqin və ya AXC-musavat hökümətinin işidir, gör a 25 ildir bu gün üçün hazırlaşırlarmış. Ya da R.ibrahimbəyovun işidir... Sonra da deyirik ki Avropa təşkilatları bizi istəmirlər, bu analoqu olmayan inkişafımıza paxıllıq edirlər. Bax torpaqlarımızı işğaldan azad edə bilmədiyimizin əsl səbəbi budur.

qaradaq 2018-06-18 17:21:50

bax buna deyiller esil insan kapitali niyede elemesin nazirlerden niye geri qalmalidir ki halaldi

Amon 2018-06-18 17:21:50

Odur ki azerbaycanda hecbir banka depozit qoymagin menasi yoxdu ister kapitalbank olsun pasabank olsun gunaybank olsun.pulunuzu ele en yaxsisi evde yastigin altinda saxlayin eger varsa. EWDER CANI ESAS INKISAFDU

vəkil 2018-06-18 17:21:50

Beynəl Xalq banki hamiya yeyib dagidib qaçmagi öyrətdi onu tapmaq çox asan olacaq lakin onun apardigi pullar geriyə qayitmayacaq....

Alı 2018-06-18 17:21:50

Ay molodets! Ogulsan vallah.Biz bəlkə də yeganə millətik ki,rüşvətlə,korrupsiya ilə,ogurluqıa varlı olanlarımızla fəxr edir namuslularımıza axmaq deyirik.Bu oglan da baxıb gördu ki, bu viranə ölkədə 5-10 nəfərdən başqa hamı zillət içində çürüyür, məhv olur və ona görə də bəlkədə birdə belə fürsət əlinə düşməyəcək, ondan lazımınca bəhrələndi.Onsuzda bu ölkədə cox ogurlayanı tutmurlar.Az ogurlayanı tuturlar ki a köpəyin balası cox ogurla ki bizə də bir sey verə biləsən.Zeynalov ələ get xaricdə adam kimi yaşa!

EWDER 2018-06-18 17:21:50

ESAS INKIWAFDU.YAVAWDAMAQ OLMAZ.GORUN KAPITALBANK NECE INKIWAF EDIR,ADAM ELINDEN TERPENMEK OLMUR.

EWDER 2018-06-18 17:21:50

ESAS INKIWAFDU.YAVAWDAMAQ OLMAZ.GORUN KAPITALBANK NECE INKIWAF EDIR,ADAM ELINDEN TERPENMEK OLMUR.

keçici qırmızı bayraqlar 2018-06-18 17:21:50

Bu bandit Günaybanka Kapitalbankdan gəlib. Ə təhər olur ki, G.Bayramlı Tiflisdən çıxmamış onun sumkasında "10 min "falşivi" ABŞ dolları"nın olduğunu, parkda çay içərək yerə tüpürən cəbhəşiləri KQB, DİN görür, bu isə 100 milyonu oğurlayıb gedir heş kim görmür, heç kim eşitmir. Bu lap MTN-şik Mahmudcanın söhbətinə döndü ey, generalları baş kəsirdi, bu yaranalın heç nədən xəbəri yox idi. P.S. Bəlkə Zeynalov bu 100 milyonun 80-85 milyonunu şapka kimi başqalarına verib, hıyyyy???

t.ədalət 2018-06-18 17:21:50

Bəs deyirlər ki,hər şey nəzarətdədir.Günün günorta çağı törədilən bu cinayətin iki tərəfi ola bilər,ya bu işdə vəzifəlilərdən kiminsə əli var,ya da ki ölkədə idarə və təşkilatların üzərində dövlət nəzarəti yoxdur.Allah bizi daha böyük soyğunçulardan qorusun!

Sübhi 2018-06-18 17:21:50

Hərə bir tərəfdən xalqın milyardlarını oğurlayıb talayırlar milləti. Bu da onlardan biridir. Ölkəni moşeyniklər dələduzlar söküb dağıdırlar. Çox müəmmalı məsələdir ki,bütün bunlara bir son qoyan yoxdur.

Son yazılar