Kənd Təsərrüfatı Nazirliyindən xəbərdarlıq

Bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı mübarizə işləri aparılarkən xüsusi geyim və vasitələrdən istifadə olunmalıdır.Oxu.Az xəbər verir ki, kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələrinin Tərtər rayonunda fermerlərlə maarifləndirici görüşündə bu mövzudan bəhs edilib. Xidmətin nümayəndələri Seydimli kəndində pambıq sahəsinə baxış keçirib, fermerlərlə maarifləndirici söhbət aparıblar.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bu barədə fikirlərini bildirib:“Bütün hallarda kimyəvi preparatlardan istifadə labüddür. Amma nəzərə almalıyıq ki, bunlar zərərli kimyəvi maddələrdir. Bu maddələrlə işləyərkən sahə aqronomları, mexaniklər, operatorlar, texniki işçilər mütləq qoruyucu vasitələrdən istifadə etməlidirlər. Özlərini bu yolla kimyəvi preparatların zərərli təsirindən qorumalıdırlar.

Kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir. Digər tərəfdən hər bir preparatın toksiki dərəcəsinə görə tətbiqindən sonra sahədə mexaniki və əl işlərinin aparılma müddətlərinə məcburi qaydada əməl olunmalıdır. Əks halda bu, bir sıra fəsadlara gətirib çıxara bilər”.

635x100

Şərhlər

hellas 2018-06-18 00:03:09

A qadan alım urus ayısı! İmanlinskinin söhbəti qarı tumanbağı məsələsidir.

Gulare 2018-06-18 00:03:09

ALLAH komeyimiz olsun. Huquqshunas nazir ve etrafi huquqsunaslardan ibaret olan deste bu yazix milletimin ne gunahi var? Her gun zeherlenirler. Kadr deyishmekle ish gorurem gostermeye ehtiyac yoxdu heqiqetende ish qoyun ortaliga. Hansi dovrde yasayiriq ki insanlar tarlada dermandan zeherlenir? Niye bele hallar olmurdu kecmish nazirin rehberliyi zamani?

Son yazılar