Şəkidə çobanı ildırım vurub

Şəkidə yaylaqda çobanı ildırım vurub.APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günün ikinci yarısında Şəki rayonu, Şin kənd sakini 1990-cı il təvəllüdlü Rahim Nəriman oğlu Məmmədov Şin kəndinin inzibati ərazisinin yaxınlığında dağda yaylaq ərazidə qoyun otaran zaman onu ildırım vurub. İldırım vurması nəticəsində travmatik xəsarət alan Rahim Məmmədov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya bildirilib ki, Rahim Məmmədov axşam saat 21 radələrində xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Rahim Məmmədov bədənin sol tərəfinin aşağı və yuxarı ətraflarında ümumi zəiflik hiss edilir. Hazırda onun müayinə və müalicəsi aparılır.

Rahim Məmmədovun yaxınlarının APA-ya verdiyi məlumata görə, ildırım vurması nəticəsində qoyun sürüsünü mühafizə edən iki çoban iti və bir baş qoyun ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar