Azərbaycanda aqrar sektor 9% böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 770,4 mln. manat təşkil edib ki, onun da 1462,7 mln. manatı heyvandarlıq, 307,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 8,5%, o cümlədən bitkiçilik məhsulları üzrə 52%, heyvandarlıq məhsulları üzrə isə 2,5% artıb.

Hazırda ölkədə yaz-tarla işləri aparılır və iyunun 1-nə kimi 439 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 72,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 30,0 min hektarı dən üçün qarğıdalı), 59,1 min hektar sahədə kartof, 67,4 min hektar sahədə tərəvəz, 20,4 min hektar sahədə bostan bitkiləri, 130,1 min hektar sahədə pambıq, 10,8 min hektar sahədə dən üçün günəbaxan, 9 min hektar sahədə şəkər çuğunduru, 3,4 min hektar sahədə tütün, 59,1 min hektar sahədə çoxillik otlar, 1,7 min hektar sahədə birillik otlar və 5,3 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Yaz-tarla işləri ilə yanaşı kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb. Mayın sonuna kimi tarlalardan 71,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,1 dəfə çox taxıl, 135,4 min ton (66,6 %çox) kartof, 217,0 min ton (56,2 %çox) tərəvəz, 13,1 min ton (17,3 %çox) meyvə və giləmeyvə, 353,2 ton (13,0 %çox) yaşıl çay yarpağı yığılıb.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,4% artaraq 195,3 min ton, süd istehsalı 1,4% artaraq 829,1 min ton, yumurta istehsalı 0,3% artaraq 741,8 mln. ədəd, yun istehsalı isə 1,5% azalaraq 11,8 min ton olub.

635x100

Şərhlər

Bashirov Qarib 2018-06-18 10:48:24

Pambıqçılıq 2005 ci ilin səviyyəsinə şatmayıb.Həmin il hökumətin heç bir yardımı və kobud mudaxiləsi olmadan 280 min ton xam pambiq təhvil verildiyi halda ,keçən il budcədən yuz milyonlarla xərcləyərək,haylı- kuylu kompaniyalar keçirilsə də cəmi 203min ton xam pambıq yigilib.Hökumət mudaxilə etməsə, fermerlər inkişaf edər, k.t da sıçrayışlı inkişaf edər. milyonlar xərcləmək adı ilə kobud mudaxilələr edirlər ,nəticədə inkişaf dayanır,insanlar da təsərrufatdan uzaqlaşırlar.

EWDER 2018-06-18 10:48:24

molodes,PAMBIQciliqi INKIWAF ETDIRIRLER.wirako waqaet azebijan...

aysberq 2018-06-18 10:48:24

Millət xahiş edir ki, çox böyütməyin. Orada zəhərlənənlərin öhdəsindən artıq İmanlinski cənabları və onun təzə MMC -ları öhdələrindən gələ bilmirlər! ..

Son yazılar