Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il ərzində...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ölkəsi 2018-ci il ərzində 40 milyon xarici turisti qəbul etməyi planlaşdırır.

«Cari ildə bizim məqsədimiz Antalyada 14 milyon turist qəbul eməkdən ibarətdir. Ümumilikdə isə ölkə üzrə turistlərin sayı ilin sonuna qədər 40 milyon nəfərə çata bilər ki, bu da Türkiyəyə 32 milyard dollar gəlir gətirəcək» - deyə, Ərdoğan Antalyadakı mitinqdə bəyan edib. Prezidentdən sitatı «Anadolu» agentliyi gətirir.

O, qeyd edib ki, ötən il Antalyaya gəlmiş turistlərin sayı 2016-cı illə müqayisədə 57,0 faiz artaraq, 10,5 milyona yüksəlib. Ərdoğan həm də Antalyada 3-cü aeroportun tikintisinin («Qərbi Antalya») fəal müzakirə mərhələsində olduğunu bildirib.

Ərdoğan bundan əvvəl bəyan etmişdi ki, ölkəsi 2018-ci ildə Rusiyadan 6 milyon turistin gələcəyinə ümid edir. 2017-ci ildə Türkiyəyə rekord sayda (4,7 milyon) rusiyalı turist səfər edib, 2016-cı illə müqayisədə onların sayı demək olar, 6 dəfə artıb. Ümumilikdə isə ötən il Türkiyəyə 32,4 milyon turist səfər edib ki, bu da 2016-cı illə müqayisədə 27,8 faiz artım deməkdir.

635x100

Şərhlər

t.ədalət 2018-06-18 11:14:18

Əlbəttə,Türkiyədə bəxtini axtaran rus qızları çoxaldıqca,turistlərin də sayı artacaq.Dünya yeni nəsil mulatlarla zənginləşəcək.

Son yazılar