«Mən, daha bu qadınla işləyə bilmirəm!» - AFR DİN başçısı Merkel barədə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) daxili işlər naziri, «Xristian-sosialist ittifaqı» (XSİ) partiyasının lideri Horst Zeehofer bəyan edib ki, daha Angela Merkellə işləyə bilmir. Bu baədə «Weltam Sonntag» qəzeti yazıb.

«Mən, daha bu qadınla işləyə bilmirəm...» - deyə, qəzet siyasətçidən sitat gətirir.

Alman qəzetinin məlumatına görə, Zeehofer iyunun 14-də XSİ partiyasının üzvləri ilə keçirdiyi iclasda bu sözləri iki dəfə təkrar edib. Partiyanın bütün üzvləri ilə keçirilən növbəti iclasda isə DİN başçısı artıq bu fikri səsləndirməyib.

Bundestaqda XSİ və Angela Merkelin «Xristian-demokratik ittifaqı» (XDİ) partiyası arasında münaqişə qızışmaqda davam edir. «Weltam Sonntag» qeyd edir ki, partiyalar arasında münasibətlər «inamsızlıq və qarşılıqlı ittihamlar»la zənginləşir.

Səbəb - federal kanslerin miqrasiya siyasətidir. Zeehofer tələb edir ki, sərhədçilər artıq hansısa bir Avropa İttifaqı (Aİ) ölkəsində qeydə alınmış miqrantları Almaniyaya buraxmasınlar. Merkel isə hesab edir ki, belə yanaşma Avropanın «sığınacaq verilməsi» normaları ilə zidiyyət təşkil edir.

KİV-lər qeyd edirlər ki, Merkellə Zeehofer arasındakı fikir ayrılığı federal kanslerin hökumət koalisiyasını dağıda bilər.

Angela Merkeli tez-tez onun miqrasiya siyasətinə görə, tənqid edirlər. Bu siyasətin sayəsində 2015-ci ildə Almaniyaya 900 min nəfər miqrant daxil olub. Bu da ölkədə ultrasağ ovqatı qızışdırır. 2017-ci ilin sentyabrında Merkel vəd etmişdi ki, böhran vəziyyəti bir daha təkrarlanmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar