Saxta araq satan azərbaycanlı polisə rüşvət versə də xilas ola bilmədi

Dərc olunub: 18/06/2018 - 12:39

6673eb4e31e5bfa981afc112868f3b43Rusiyanın Tver vilayətində polisə rüşvət təklif etməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.Musavat.com-un “Tverskie vedomosti” qəzetinə istinadən məlumatına görə, 59 yaşlı azərbaycanlı saxta alkoqollu içkilər satarkən yaxalanıb. Yaxalanan zaman polisə 15 min rubl (təxminən 420 manat) təklif etsə də, niyyətinə çata bilməyib.

Tver vilayət prokurorluğundan verilən məlumata görə, onun haqqında cinayət işi qaldırılıb. Vilayətin Penovsk rayon məhkəməsi isə onun haqqında həbs-qətimkan qərarı çıxarıb.


loading...




Fikrinizi bildirin