Hindistan ABŞ məhsullarına rüsumu qaldıracaq - Bəzilərinə 50 faizə qədər...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə,  Vaşinqtonun polad və alüminiüma yönəlik yeni idxal rüsumu tətbiq etməsinə cavab olaraq, Hindistan da Amerika Birləşmiş Ştatlarından (ABŞ) idxal olunan 30 adda məhsula rüsumu qaldıracaq. Bu barədə «Indian Express» nəşri yazıb.

Nyu-Dehli sözügedən malların uyğun siyahısını artıq Ümumdünya Ticarət Təşkilatına (ÜTT) təqdim edib. Metaldan hazırlanan bir sıra motosikl modellərinə və digər məhsullara yönəlik rüsumlar 50 faizə qədər qaldırılır. Nəşrin məlumatına görə, ümmilikdə, Hindistan cavab iqtisadi tədbirlərdən 239 milyon dollar qazanacağına ümid edir.

Hindistanın ticarət və sənaye naziri Sureş Prabxu bəyan edib ki,  sanksiyalar siyasəti və prteksionizm arzuolunan nəticələr vermir və qlobal iqtisadiyyata zərər vurur.

Onun fikrincə, belə birtərəfli fəaliyyət az inkiaf etmiş və inkişaf etməkdə olan ölkələrə daha çox ziyan vurur - nədənki, belə fəaliyyət çoxtərəfli ticarət sistemini, xüsusilə də ÜTT-nin fəaliyyətini dağıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar