"BÜDCƏDƏN OĞURLUQ, ƏSGƏR PAYINI YEMƏK ALÇAQLIQDIR!" - Yırtıcı general milli xəyanətdə itiham olunur

Sərkisyan yırtıcı Manveldən üz döndərdi

Ermənistanda hələ də keçmiş prezident Serj Sərkisyanın başçılıq etdiyi, parlamentdə formal çoxluqda olsa da müxaifətə keçən Respublika partiyası general Manvel Qriqoryanın malikanəsindən Qarabağda əsgərlərə göndərilən tonlarla ərzaq və digər yardımların

Parlamentin vitse-spikeri və Respublika partiyasının fraksiya rəhbəri Eduard Şarmazanov isə deyib ki, əsgər çörəyini oğurlamaq qəbuledilməz hərəkətdir, rüsvayçılıqdır. “Əsgərin çörəyini oğurlayan milli satqındır”-Şarmazanov deyib.

“Çiçəklənən Ermənistan” partiyası da general Manvelin ciddi cəzalandırılmasını tələb edir. Partiyadan deputat Gevorq Petrosyan bildirib ki, büdcədən oğurluq, əsgər payını mənimsəmək alçaq əməldir və kimliyindən asılı olmayaraq bu əməli törədən cəzasını almalıdır.

Sosial şəbəkələrdə də general-cani Manvelin evindən 2016-cı ilin aprelində Qarabağda əsgərlərə göndərilən ərzaq və digər yardımların çıxmasını hiddətlə müzakirə edir, bu qarətin o vaxtkı hakimiyyət rəhbərliyinin icazəsi olmadan baş verməsini mümkünsüz sayırlar.

Lakin erməni ictimaiyyətinin bu təəcübünü anlamaq çətindir, general Manveli pisləyənlər ən azından səmimi deyil. Çünki mülki azərbaycanlılara qarşı heyvani qəddarlığı ilə ad çıxarmış və işğal edilmiş Azərbaycan şəhərlərini, kəndlərini talamaqla ilkin kapital toplamış manvelləri, serjikləri, robertləri və digər bu kimi hərbi caniləri vaxtında pisləmək lazım idi...

635x100

Şərhlər

Zabit 2018-06-18 14:48:06

Bu insalar şox qəribədirlər.İcra başşçısı, nazir,bələdiyyə və sair rüşvət,mənimsəmə,büdcə yyintisi edə bilir,ən pis halda yediyindən bir az qaytarıb sərbəst buraxılır (misal kifayət qədər vardır),amma hərbçi yox? Hərbiçinin də əli oralara çatır də! Ölkə sökə-sök olanda hərbçi də əlində olanı yeyəcək də! Burada nə var ki?

MAKSİMİS 2018-06-18 14:48:06

manvelin bəlası ALLAHDAN GƏLİB.O BÜTÜN GÜNAHLARINA GÖRƏ ALLAHIN QARŞISINDA CAVAB VERƏCƏK.AZƏRBAYCANDA DA MANVEL KİMİ ORDUNUN YEMƏYİNİ VƏ PULLARINI MƏNİMSƏYƏNLƏR OLMAMAIŞ DEYİL.MƏNƏ ELƏ GƏLİR BU MƏSƏLƏDƏ ERMƏNİLƏR BİZDƏN TEZ TƏMİZLƏMƏ APARIRILAR.

ayzek 2018-06-18 14:48:06

.... bunlar hamısı rus bezinin bir qırağıdırlar.

t.ədalət 2018-06-18 14:48:06

ermənilər gizlətsə də,yəqinki bu vəhşi öz pələng və ayısına insan əti yedirdib.Bizim çoxlu adamlarımız rus hərbiçiləri tərəfindən əsir götürülüb ermənilərə verilib.Guman ki bu vəhşi xislətli qriqoryan(hər-halda qriqoryanın çoxlu bacısı uşağı bu gün Bakıda vəzifədədir) həmin əsirlərin əksəriyyətini saxladığı vəhşi heyvanlara yem edib.qriqoryan kimi bizim Bakıda da vaxtı ilə timsah saxlayan haqqında informasiya yayılmışdı..

Son yazılar