“Bu ölkəni Şeyx Nəsrullahların mollaxanasına çevirmək istəyənlərə  ...” - Fazil Mustafa

“Zalimin zülmündən daha dəhşətlisi Cahilin zülmüdür”.Musavat.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkədəki statusunda yazıb.

F.Mustafa qeyd edib ki, bu müqəddəs dövləti 1918-ci ildə quranlar bizdən saymadığımız və hamıdan çox bizim olmağa haqqı çatan Aleksandr Osipoviç Çernyayevskinin türkcə "Vətən dili" dərsliyini oxuyub dərk edən aydınlar idi və azərbaycanlılar da bunu unutmamalıdır: “Yenə də 1991-ci ildə bu dövlətin müstəqilliyini bərpa edənlər Sovet təhsil sistemindən yetişən insanlar idi... Yəni mollaxanada yetişən düşüncə müasir dövlət qura bilməz. Biz əsrlərdir mollanın dinini yaşamışıq, Quranın dinini dolabların üstündə müqəddəsdir deyib toxunulmaz saxlamışıq. Bu gün təhsil sistemimizdə təcili o boşluqları doldurmalıyıq ki, buradan müstəqil və modern dövlətimizi qoruyacaq bir nəsil yetişsin. Bu ölkəni təkrar Molla İbrahimxəlil kimyagərlərin, Molla Sadıxların, Şeyx Nəsrullahların mollaxanasına çevirmək istəyənlərə qarşı hamılıqla intellektual dirəniş göstərməliyik. Çevrənizə diqqətlə baxsanız, görərsiniz ki, bu dirənişdə artıq xeyli gecikmişik”.

635x100

Şərhlər

Aqil 2018-06-18 16:14:25

.... indi ortaya çıxıb moizə ilə baş dolandıran kefli isgəndərlər.Şeyx Nəsrullahlar əl-qol açmazdı. Yəni deputat, şeyx,nazir və icra başçıları yalanla baş girləməzdi.

-- 2018-06-18 16:14:25

Məhəmməd Peyğəmbər sağ olsaydı islam dinini bu hala salan - inkişafdan, yenilikdən, qadın azadlığından uzaq olan ərəb-farsları bağışlamazdı.

aysberq 2018-06-18 16:14:25

Hörmətli Fazil bəy! İndi əfsuslar olsun ki, Molla Sadıqlara, Şeyx Nəsrullahlara cavab verən kefli İskəndərlər ya Kürdəxanı ailəvi-istirahət mərkəzindədir (Z.H.), ya da ki, onlara başqa yerlərə köçməyə məcbur ediblər. Tak çto biz hələ ki ə zəbər ə (kurrukvilum, canım sənə desin yapışdırıqlar və s.) hələ çox gedəcəyik. P.S. Vaxtı olanda Hadı müəllim müəllimlərə soğan əkə-əkə divar hörmək leksiyalarının seminarlarını davam etdirsin! Acizanə xahiş edirik!

Son yazılar