İtaliyada yüzdən artıq mafioz həbs olunub! - Bircə gündə...

«AzPolititka.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İtaliyada bircə gündə iki böyük mafioz ailənin 104 üzvü həbs olunub. Bu ailələr ölkənin cənub bölgələrinə nəzarət edir.

İtaliya polisi mətbuat xidmətinin verdiyi xəbərə görə, karabinerlər bazar ertəsi səhər tezdən Bari şəhərində və Apuliya vilayətinin digər rayonlarında genişmiqyaslı xüsusi əməliyyat keçiriblər.

«Bari şəhərinin mafiya ilə mübarizə idarəsinin koordinasiya etdiyi təhqiqat, qruplaşmaların təşkilati strukturunu, cinayətkar fəaliyyətin epizodlarını, onların Bari şəhərinin və əyalətin digər rayonlarının iqtisadi və sosial həyatına nüfuz etmək imkanlarını müəyyənləşdirməyə şərait yaralıb» - deyə, karabinerlər bildiriblər.

Qeyd olunur ki, iki mafioz ailə çoxsaylı silah arsenalına malik olub və demək olar, bütün cinayətkar əməllərdə - reketdən və rüşvətxorluqdan tutmuş, insan oğurluğu və amansızlıqla qətlə yetirmə cinayətlərində iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar