“ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək” - Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsinin qaçqınlar və qeyri-leqal miqrantlar üçün düşərgəyə çevrilməsinə imkan verməyəcək. O, ölkədə miqrasiya islahatlarının qaçılmaz olduğunu qeyd edib.

«ABŞ miqrantlar üçün düşərgə olmayacaq və biz, qaçqınların müvəqqəti saxlanılması mərkəzinə çevrilməyəcəyik. Bu, olmayacaq! Baxın - Avropada və digər yerlərdə nə baş verir? Biz, ABŞ-da buna imkan verməyəcəyik - mənim rəhbərliyim altında» - deyə, Tramp vitse-prezident Mayk Pensin sədrliyi ilə keçirilən kosmik şuranın iclasında bildirib.

«Biz, ölkəmizin təhlükəsizliyini istəyirik» - deyə, prezident bildirib və yenə də demokratları immiqrasiya islahatlarını əngəlləməkdə ittiham edib.

«Baş verənlər çox kədərlidir... biz, bunu çox tez həll edə bilərdik... indi bizdə dünyanın ən pis immiqrasiya qanunları fəaliyyət göstərir» - deyə, Tramp qeyd edib.

«Sərhədsiz ölkə - ölkə deyil. Bizə sərhədlər və təhlükəsizlik lazımdır - biz, öz insanlarımızın qayğısına qalmalıyıq. Biz, təhlükəsiz ölkə istəyirik və bu, sərhədlərdən başlayır» - Prezident bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar