PUTİNİ NECƏ CƏZALANDIRMALI? – Saakaşvili Avropaya bunun yollarını göstərib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-da dərc olunan “Politico” jurnalında “Avropa Putinə nə edə bilər” adlı məqalə dərc etdirib. Müəllif Ukrayna üzərində Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulmasından sonra yaranmış vəziyyəti təhlil edərək Rusiyaya qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulmayan Qərbi Avropanı sərt tənqid edib. Sabiq prezident tənqidlərlə yanaşı Putini cəzalandırmağın yollarını da göstərib.

AzPolitika.info Mixail Saakaşvilinin məqaləsinin tərcüməsini təqdim edir.

Bir neçə həftə öncə Marşal Fondunun təşkilatçılığı ilə keçirilən “Almaniya- ABŞ” tədbirindəki çıxışımda Qərbin Ukrayna hadisələrinə reaksiyasını tənqid edərkən Avropa Birliyinin Xarici Məsələlər üzrə nümayəndəliyinin yeni rəhbəri olacaq İtaliyanın indiki xarici işlər naziri sərt şəkildə məndən soruşdu: ”Bəs siz nə təklif edirsiniz - Avropa Rusiyanı bombalamalıdır?”

Öz fəaliyyətsizliyinə bəraət qazandıranların bu cür hərəkətləri məni təngə gətirdiyindən ona belə bir cavab verdim: “Bəs Avropa gözləməlidir ki, nə zamansa Rusiya onun özünü bombalasın?”

Əlbəttə ki, heç kim Rusiyanın hərəkətlərinə qarşı Avropanın hərbi yolla cavab verəcəyini gözləmir. Keçən həftə Avropa Birliyi ABŞ –dan fərqli olaraq Putinə güclü zərbə vura biləcək sanksiyaların tətbiqindən imtina etdi. Göründüyü kimi məhz sanksiyaların köməyi ilə Amerika güc tətbiq etmədən Rusiyanın Ukraynada öz məqsədlərinə çatmasına mane olub. Ancaq bunun əksinə olaraq, Avropalı liderlər yenidən yarımçıq sanksiyalar paketinə üstünlük verdilər. Avropa Birliyi Rusiyanın Ukraynadakı fəaliyyətı əleyhinə tətbiq edəcəyi növbəti təzyiq şansını itirdikdən sonra, adi və sakit günlərin birində Ukrayna səmasında əksəriyyəti avropalılardan ibarət olan 298 nəfərlik sərnişın təyyarəsi vuruldu. Çox güman ki, həmin təyyarə Moskvanın Ukraynadakı üsyankarlara verdiyi raketlə vurulub.

Bir neçə ay ərzində Rusiyanın fəaliyyətlərinə qarşı Avropanın reaksiyası diplomatik manevrlərə söykənirdi və ümid olunurdu ki, bu münaqişə öz-özünə sönüb gedəcək. Ona görə də, təsiredici sanksiyaların lazım olmayacağı düşünülürdü. Amma bu cür oyunları Rusiya çoxdan yaxşıca mənimsəyib. Prezident Putin isə onun hərəkətlərini tənqid edənlərə sakitləşdirici bəyanatlarla cavab verir. O, bir yandan tərəfləri sülh danışıqlarına çağırır, digər yandan isə üsyançıları silahla təchiz etməklə onlara xüsusi məsləhətlər verir. O, bəyan edir ki, Rusiya ordusu Ukrayna sərhədlərindən kənara çəkilib. Ancaq indi daha çox aydın olur ki, Rus ordusunun şəxsi heyəti və döyüş texnikası sərhəddin hər iki tərəfində sərbəst şəkildə hərəkət edir.

Putinin ritorikası onun hərəkəti ilə nadir halda üst-üstə düşsə də, Rusiyanın Qərbi Avropalı partnyorları bunların hamışını həzm etməyə hazırdırlar. Beləki, Rusiya tam açıq şəkildə Ukraynanın şərqindəki üsyançıları silahlandırmaq, maliyyələşdirmək və qızışdırmaqla məşğuldur.

Etibarlı müşahidəçilər Putinin öz ilk planına uyğun fəaliyyətdə olduğunu açıq görürlər. O, müntəzəm olaraq döyüş bölgəsinə kəşfiyyatçılar, xüsusi təyinatlılar və silah yollayır ki, partizn hərəkatı durmadan davam etsin. O, gözləyir ki, Ukrayna ordusu öz gücünü və material-texniki ehtiyyatlarını tükəndirsin. Onun fikrinə görə, elə bir vaxt gəlib çatacaq ki, Ukrayna iqtisadiyyatı çökəcək və ukraynalılar və əsasən də Kiyev sakinləri döyüş əməliyyatlarını yekunlaşdıra bilmədiyinə görə öz hökumətlərinə qarşı çıxacaqlar. Lakin Ukrayna prezidenti Pyotr Poroşenkoya bərbad təchiz olunmuş orduya yeni güc qatmaq və eləcə də hadisələrin gedişini öz xeyrinə dəyişdirmək müyəssər oldu. Ukraynanın şərqindəki üsyançılara rus döyüş texnikasının və silahının axmasına baxmayaraq, Putinə öz planını reallaşdırmaq imkanı verilməyib.

Hələlik, konflikt boğulmayıb və günlərin birindəki müdhiş hadisə Avropanın bu böhrana reaksiyasının adekvat olmadığını üzə çıxardı. Bütün bunlar isə yüzlərlə avropalının həyatı bahasına başa gəldi.

Seçim heç də Rusiyanın bambalanıb-bombalanmayacağında deyil. Qərbdəki liderlər Putin rejiminə qarşı hərbi zərbədən dəfələrlə üstün ola biləcək xeyli sayda tədbir həyata keçirə bilərlər. Avropa ilə ABŞ müştərək imkanlarla aşağıdakıları etməlidirlər:

1. Ukraynaya şərq vilayətlərindəki regiona tam şəkildə nəzarət etməsi üçün birbaşa hərbi yardım göstərilməlidirr. Onda xeyirxah kimi təqdim olunan üsyançıların gülməli “respublika” hekayəsinin sonu gələcək.

2. Rusiyanın neft və qaz sektoruna investisiya yatırılmaması üçün Amerikan və Avropa şirkətlərinə yeni qadağalar qoyulmalıdır. Bu təşəbbüsə Rusiyanın neft-qaz sektoruna texnologiyanın göndərilməsini dayandırmaqla da başlamaq olar. Rusiyanın enerji sahəsi tam şəkildə qərbin texnologiya və investisiyasından asılı vəziyyətdədir və belə tədbirlər Rusiyanın başlıca pul dəzgahını iflic edəcək. Onda bu Ukraynadakı üsyankarların maliyyələşdirilməsinin Moskva üçün artıq yük olduğunu göstərəcək və həmçinin Putinin yaxın dostları və ətrafı çox ağır vəziyyətə düşəcək.

3. Rusiyanın “Drujba” kəmərindən neft alınmasını dayandırmaq lazımdır. Ən böyük həcmli neft Avropaya məhz bu kəmərlə axıdılır. Rusiya neftinə sanksiya qoyulması haqda da düşünmək lazımdır. Yaxın Şərqdəki gərgin vəziyyətə baxmayaraq, Rusiyadan alınacaq neftin əvəzini digər mənbələr hesabına kompensasiya etmək mümkündür.

4. Rusiya ilə hərbi sahədəki əməkdaşlıq qadağan edilməlidir. Məlumdur ki, ABŞ tam həcmdə belə bir əməkdaşlığa son qoyub və avropalılar da onlara qoşulmalıdır. Ən vacibi isə NATO üzvü olan ölkələrdən Rusiyaya qabaqcıl və müasir hərbi texnikanın göndərilməsi prosesinin saxlanılmasıdır. Bu Fransanın Rusiyaya göndərmək istədiyi “Mistral” vertolyotdaşıyan gəmisinə də aiddir.

5. Rusiyanın Amerikan və Avropa firmalarının vasitəçiliyi ilə ictimai əlaqələr və nümayəndəliklər yaratmasına qadağa qoyulmalıdır.

6. ABŞ-ın Federal Ehtiyyatlar Fondu və Avropa Mərkəzi Bankı Rusiyanın valyuta aktivlərini dondurmaq üçün qiymətləndirmə aparmalıdır. Bu əməliyyat korrupsioner Putin hakimiyyətinə və onu müdafiə edən elitaya qarşı sarsıdıcı zərbə olacaq.

Yenə də bildirirəm ki, hər hansı bomba düyməsini işə salmağa heç bir ehtiyac yoxdur. Ən sadə və effektli tədbirlər Putin hakimiyyətini Rusiya cəmiyyətinin və elitasının gözündən salacaq. Əks təqdirdə belə bir hakimiyyət imkanları Putinin Qərblə manipulyasiya etmək və onları satın alaraq səslərini kəsməyə qədər güclü olduğu ideyasını ortaya qoyur. Bu ideya həmçinin belə bir fikir də yaradır ki, əgər Qərb Putinin öhdəsindən gəlmək gücündə deyilsə, onda digərlərinin buna cəhd etməsinə heç bir gərək qalmır (Sadə rus vətəndaşlarından isə danışmağına belə dəyməz).

Malayziya təyyarəsinin faciəsi Qərb üçün dönüş nöqtəsi olmalı və Putin hakimiyyətinin gücü barəsindəki əfsanəni dağıtmalıdır.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar