İspaniya kralının kürəkəni cəzasını qadın türməsində çəkəcək – Müəssisəni özü seçib

Dərc olunub: 19/06/2018 - 00:08

1452519727265786725_470x246«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Madridin 100 kilometrliyindəki Avila şəhərində yerləşən «Briyeva» qadın kolonu qarşıdakı 6 il ərzində İspaniya kralının kürəkəni Urdanqarinin «yaşayış yeri» olacaq. O, korrupsiyaya görə, məhkum olunub.

Kralın bacısı Kristinanın əri ən əlverişli penitensiar müəssisəni ölkədəki 80 türmə içərisindən özü üçün şəxsən seçib.

«Confidencial» qəzetinin məlumatına görə, 50 yaşlı Urdanqarin «Briyeva»ya bazar ertəsi səhər birbaşa İsveçrənin Cenevrə şəhərindən gəlib. O, cəzasını burada kişilər üçün təşkil olunmuş xüsusi «modul»da çəkəcək.

«Briyeva»da 5 nömrəlik ayrıca konrus, həyət, yeməkxana və görüş üçün kameralar fəaliyyət göstərir.

Bundan əvvəl İspaniyanın Ali məhkəməsi Urdanqarini vergi fırıldaqçılığında və ictimai fondların bir neçə milyon avro vəsaitini təyinatından yayındırmaqda günahkar elan edib. Məhkəmə onu 5 il 10 ay müddətinə azadlıqdan məhrum edib.


loading...




Fikrinizi bildirin