Banklar istehlakçını «borc quyusuna» itələyir

Azərbaycanda kreditlərin sayının artım tempi borcalanların sayının artım tempindən yüksəkdir. Yəni müştərilər bir neçə bankdan kredit alırlar., bu isə «borc quyusu» ilə nəticələnə bilər.

AMB-nin məlumatına görə, 1 iyul üçün Mərkəzləşdirilmiş Kredit Reyestrində 2 mln 138 min 886 borcalan (ilin əvvəlindən +9,5%) və 7 mln 738 min 882 kredit haqda məlumat var (+18,6%).

İlin əvvəlindən MKR-ə 1 mln 421,31 min sorğu olub. Bu, ötən ilin eyni dövründəkindən 1,43 dəfə çoxdur. AMB-nin məlumatına əsasən, daha çox sorğu bank və qeyri-bank kredit təşkilatlarına aiddir (1 mln 398 min 83 dəfə). Qalan pay fiziki şəxslərindir - 23 min 227 sorğu. İlin I yarısında reyestrin məlumatlarından 41 bank və 31 QBKT istifadə edib.

İyulun əvvəli üçün reyestrdə kreditlər üzrə 989 min 278 zamin (ilin əvvəlindən +18,2%) barədə məlumat var.

Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ildə yaradılıb. Burda fiziki və hüquqi şəxslərin kredit məlumatları toplanır. Bu məlumatlardan, bank və QBKT-lər, məlumatı toplanan şəxslər iştirak edə bilər. MKR 2009-cu ildən yeni formatda işləyir.  /contact.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar