«Kürd birləşmələri Mənbici tərk edirlər» - Ərdoğan

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, kürd birləşmələri Suriyanın şimalındakı Mənbic şəhərindən çıxarılır.

Bazar ertəsi, bundan da əvvəl TC-nin Baş naziri Binəli Yıldırım bəyan etmişdi ki, Türkiyə ordusu Mənbicdə «yol xəritəsi» çərçivəsində öz vəzifələrinin icrasına başlayıb. Sənəd, Ankara və Vaşinqton tərəfindən razılaşdırılıb.

«Terrorçular Mənbicdə yerləşdikləri mövqeləri tərk edirlər. Biz, bu ərazini addım-addım terrordan təmizləyəcəyik» - deyə, Ərdoğan Ordu şəhərində keçirilən mitinqdə bəyan edib. Mitinq «NTV» telekanalı tərəfindən yayımlanıb.

Bundan əvvəl, Türkiyə və ABŞ Mənbic şəhərində sabitləşdirmə üzrə «yol xəritəsi»ni təsdiqləyiblər. Şəhər 2016-cı ilin iyun ayında «İD» döyüşçülərindən azad edilib.

Baş nazir müavini Bəkir Bozdağ bəyan edib ki, Türkiyə və ABŞ kürd özünümüdafiə dəstələrinin (YPG) bölgədən çıxarılması qrafikini razılaşdırıblar. Ankara YPG-ni terrorçu PKK ilə əlaqəli qruplaşma hesab edir, ABŞ Dövlət Departamenti də bunu təsdiqləyib.

Ötən həftə Türkiyə silahlı qüvvələri (SQ) Baş qərargahı xəbər vermişdi ki, Türkiyə və ABŞ hərbçiləri Mənbicdə «yol xəritəsi»nin icrası üzrə razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar