Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq

Bu gün İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçiriləcək.

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşəcək.

Klublar artıq qruplara bölündüyündən “Qarabağ”ın 5 potensial rəqibi məlum olub. Ağdam klubu 2-ci təsnifat mərhələsi üçün “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo”dan (Kutaisi, Gürcüstan) biri ilə mübarizə aparacaq.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar