Məcburi köçkünlərin binasında partlayış - Xəsarət alan var

Xırdalan şəhərində yaşayış binasında partlayış baş verib.

Aznews.az-ın məlumatına görə, hadisə şəhərin 26-cı məhəlləsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.

Şahidlər bildiriblər ki, partlayış binanın birinci mərtəbəsində, vanna otağında baş verib. İlkin ehtimallara görə, partlayışa qaz sobasındakı nasazlıq səbəb olub. Hadisə zamanı evdə olan qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar