PAMBIQ TARLASINDA 80 NƏFƏR ZƏHƏRLƏNDİ - İnam Kərimovdan açıqlama + Fotolar/VİDEO

İmişlidə zəhərlənənlərin sayı 52 nəfərdir, nazir İnam Kərimov da yerində araşdırma aparır.  İmişli rayonunda pambıq tarlasında zəhərlənənlərin sayı rəsmi olaraq 52 nəfərdir.Virtualaz.org xəbər verir ki, yerli xəstəxanaya bu sayda adam müraciət edib. Onlardan 20 nəfəri müayinələrdən sonra ambulator müalicəyə göndərilib, qalanlarının müayinələri davam edir.

Bundan əvvəl zəhərlənənlərin sayının 80-dən çox olduğu haqda xəbərlər yayılmışdı.

Fəhlələrin kütləvi zəhərlənməsinə görə kənd təsərüfatı naziri İnam Kərimov təcili olaraq bu rayona yola düşüb. Bu haqda Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər. Realtv.az-a istinadən nazir İnam Kərimovun açıqlamasını təqdim edirik:

***

Habelə baş proukurorun müavini Rüstəm Usubov və Dövlət Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli də İmişliyə yola düşüblər.

Xatırladaq ki, pambıq tarlasında zəhərin təsirinə məruz qalanların sayı yüzə yaxındır, onlar yerli xəstəxanaya yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bu, son günlər Azərbaycanda pambıq sahəsində baş vermiş üçüncü kütləvi zəhərlənmədir.

Qeyd edək ki, xəstəxanadan çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

***

İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi rayon xəstəxanasının terapiya, digər qismi də infeksion şöbəsinə yerləşdirilib. “Report”un Aran bürosu xəbər verir ki, ilkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.

* * *

İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.“Report”un Aran bürosu xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Bundan əvvəl Saatlı rayonunda onlarla qadın pambıq tarlasında işləyərkən alaq otlarına qarşı tətbiq edilmiş zəhərli kimyəvi pereparatın təsirinə məruz qalıb. Onların bir qismi hələ də xəstəxanadadır. Faktla bağlı cinayət işi qaldırılıb, prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürüb. Daha sonra Tərtər rayonuda pambıqçılıların kütləvi zəhərlənməsi baş verib.

 

635x100

Şərhlər

R-n 2018-06-19 16:25:05

Nala-mixa niye vururlar,basha dushulesi deyil.Istifade olunan dermanlar coxdandir ki,dunyada gadagan olunub,insan organizmine ziyanli olduguna gore.Bu derman pambigin tez yetishmesi ucun faydali olsa da etraf muhiti zeherleyir.......Ushaglara,bele giymirlar bunlar.Esl gul emeyinden istifade edirler............Utanib yere girmirler.

aqronom 2018-06-19 16:25:05

Müsibət oluruq biz, Səhv düşəndə yerimiz. Bizdən irəli çox gedib avropalılar, Çünki işi iş bilən tapşırır onlar.

Edaletli 2018-06-19 16:25:05

Baş verənləri yeni nazirin k/t sahəsində təcrübəsinin olmamasına bağlayan şərhçilərə: İndiyə kimi təcrübəsi olanlar işləyib, nəsə edə biliblər? Sahə üzrə təcrübə yaxşı şeydir, amma təəssüf ki, bizdə təmiz insanlar çox azdır. Təmiz olmayan, amma təcrübəli adamın yüksək vəzifə tutması daha böyük problemdir. Yeni nəfəs çox vacibdir.

Kərim 2018-06-19 16:25:05

SƏRİŞTƏSİZ,SAVADSIZ,QABİLİYYƏTSİZ MƏMURLAR RÜŞVƏT TALANDAN BAŞQA HEÇ NƏ BACARMIRLAR. UZUN İLLƏR BU MƏMURLAR VƏ ONLARDAN İBRƏT DƏRSİ GÖTÜRƏNLƏR ANCAQ XALQIN PAYINI OĞURLAMAQLA MƏŞĞULDURLAR,HEÇ BİRİSİ ÖZ İŞİNİ YARITMAYIB,MİLYARDLARI XƏRCLƏMƏK,XALQI SOYMAQLA MƏŞĞUL OLUBLAR. BU MƏXLUQLARI DÜZGÜN YOLA GƏTİRMƏK MÜMKÜN OLMAYACAQ VƏ ÇOX PİS FƏSADLAR ORTAYA ÇIXACAQ.

Kəhnə k-z sədri 2018-06-19 16:25:05

Kənd təssərrüfatı naziri ağır vəzifədir. Gərək bu işə k/t-ı sahəsində çalışmış adam otuzdurulaydı. Bu iş İnamlıq deyil. Allah qorusun insanlarımızı.

Əlağa Ağayev 2018-06-19 16:25:05

Respublikada nazirliklərdə özbaşınalığın, rüşvətxorluğun qarşısını almaq istəməyən rəhbərlik "Asan" xidmət adlı qurum yaratdı.Əslində bu qurum mövcud idarələrin görməli olduğu işi görür. Bu qurumda işləmək üçün nə bilik,nə ixtisasa ehtiyac var.Çünki orada yaradıcı iş yoxdur.Bu qurumda işləyən adam digər xüsusi ixtisas tələb edən sahələrdə necə baş çıxara bilər? Son təyinatlar ölkədə kadr siyasətinin yarıtmaz olduğunu sübut edur. K/T sahəsinin 30 ildir təsadüfi adamlara tapşırılması belə vəziyyət yaranıb

Mütəxəssis 2018-06-19 16:25:05

Belə təyinatların da belə nəticə verməsi labüddür.Nazir ixtisasca kənd təsərrüftına yad,onun yeni təyinatları da kənd təsərrüfatı üçün yad və səriştəsiz.Bundan nə gözləniməli idi ki?Mal əti Gürcüstandan,meyvə-tərəvəz geni dəyişilmiş olmaqla İran,Türkiyə və digər ölkələrdən idxal olunduğu halda və eyni zamanda mövcud təsərrüfatlar özəl olduğunu da diqqətə alsaq bu nazirlik nəyə gərəkdir? Onun gördükləri işi bir özəl firmaya tapşırılsa daha nəticəli olar.Bu nazirliyə məsrəf mənasız və lüzumsuzdur.

Alı 2018-06-19 16:25:05

İnam müəllimə torba tikildiyi açıq aşkardır.Ziyanı,Səlimi, Heydər Əsədovu işdən çıxarmaqla bu iqtidar elə bilir problemi həll edib.Onlar milyardlar sahibidir.İnam yazıgı ASANdan gətirib onların cəhənnəm aguşuna tullamaqla K/T-nı İNKİŞAF etdirmək istəyənlər bunu gözaltına almalı idilər.5-cə milyon qarşılıgında bu olay təsadüfü olay kimi təqdim edəcək ...Yazıq İNAM.Heç 40-in tamam olmamış səni ən İNAMSİZ etsinlər sən də bax.Heyif səndən.

EWDER 2018-06-19 16:25:05

ESAS INKIWAFDU,YAVAWDAMAQ OLMAZ

Edalet emi 2018-06-19 16:25:05

Quzu elinden tutmaqla, iyini qoxlamaqla veya qalstuksuz nazir olmaqla ken teseruffati idare edilmir ay cenab inam kwrimov....bu hele harasidi. Cox axtaracaqsiz ismet abbasovu amma tapmayacaqsiz

Gulare 2018-06-19 16:25:05

Yaziq milletim qalib huquqshhnas kend teseruffati nazirin elinde oyuncaq kimi. Bize dushman lazim deyil ele ozumuz ozumuze dushmaniq. Inam kerimov getsin Heyder esedova qedir agaci eksin pambiq sahelerinde. Bu ne biyabirciliqdi bu ne hadiseler musibetlerdi getirilir milletimizin bashina. ASAN xidmet gosterer inam kerimov zeherlenenler ucun tez asan yolla sagaldar bedbext kendlileri oz asan xidmeti ile. Kend teseruffati ASAN deyil ish bilmezler bunu bilin

X 2018-06-19 16:25:05

Suya hestet canimiz pambiq ekdirir bascimiz

t.ədalət 2018-06-19 16:25:05

Ard-arda baş verən zəhərlənmələr kənd təsərrüfatı nazirinin yarıtmaz fəaliyyətinə işarədir.Başı yeni-yeni təyinatlarla qarışan nazirin bundan sonra nələrə səbəb olacağı bilinmir.Bilinən odur ki,vəzifəyə təyin olunan adamın ixtisası uyğun gəlməyəndə fəlakət qapını döyür..

Bashirov Qarib 2018-06-19 16:25:05

Bu nə təxribatdır, nə də səhlənkarlıq.muvafiq vəzifə tutan mutəxıssizlərin savadsızlıqlarıdır.Onlar heç derman pereparatlarının ustunu oxumaq bacarıqları yoxdur.Savadlı mutəxəssisləri deyil,öz yaxın savadsız qohumlarını irəli çəkirlər,onların da heç nədən başı çıxmır. Nəticə də göz qabagındadır.

Son yazılar