“AZƏRBAYCANLI ƏSİRİ QUL KİMİ EVİNDƏ SAXLAYIRDI…” - Həbs edilən general Qarabağdakı qarətdən varlanmışdı

Dərc olunub: 19/06/2018 - 13:24

243941_res_01“Bu adamların bir hissəsi hələ də müharibə təhdidi ilə manipulyasiya edərək hakimiyyətdə qalırlar”

Ermənistan bu ölkəni 20 il idarə etmiş Qarabağ klanının əsas dayaqlarından biri, deputat-respublikaçı, Azərbaycan ərazilərinin işğalına başçılıq edən və çoxsaylı hərbi cinayətlər törədərək ad çıxaran general, “Artsax qəhrəmanı” Manvel Qriqoryanın biabırçı sonunu müzakirə edir.

Virtualaz.org xəbər verir ki, Ermənistan parlamentinin deputatı, Qarabağda xüsusi qəddarlığı ilə tanınmış digər bədnam “qəhrəman”, 1999-cu ildə güllələlən səhra komandiri Vazgen Sərkisyanın qardaşı Aram Sərkisyan Manvel və onun kimi komandirləri Robert Köçəryanla Serj Sərkisyanın korladığını deyir.

“Bu “korladılar” sözü nə deməkdir? Cavab verirəm. Bu adamları qeyri-məhdud qüdrət və əmlak sahibi etdilər. Əvəzində isə hakimiyyəti bütün üsullarla müdafiə etməyi xahiş etdilər. Və bu adamlar şirnikləndi”-Sərkisyan deyib.

243938_src

Aram Sərkisyanın sözlərinə görə 1999-cu ilə qədər, yəni Horadiz istiqamətində öz dəstəsi ilə dayanan vaxtlarda Manvelin Eçmiədzində heç evi də yox idi. 1999-cu il oktyabrın 27-dən (parlamentdə Vazgen Sərkisyanın və digərlərinin güllələnməsindən) sonra Robert Köçəryan onu Yerevana apardı, general-leytenant rütbəsi verdi, müdafiə nazirinin müavini təyin etdi və sərvətə qeyri-məhdud çıxış imkanı açdı.

“O da bu sınağa dözmədi. Söhbət təkcə Manveldən getmir. Yeri gəlmişkən o sərvətini hamının gözləri önünə sərirdi. Bəs gözə dəyməməyə üstünlük verəcək qədər “ağıllı” olan başqalarının nə qədər kapitalı var?”-deputat sual edib.

243939_src

Aram Sərkisyan bildirir ki, 2016-cı ilin aprel döyüşləri zamanı “Yerkrapa” təşkilatından 5 minə qədər könüllü Qarabağa yola düşdü, onlara Manvel Qriqoryan rəhbərlik edirdi. “Aydındır ki, ona həmin adamlar üçün konservlər verə bilərdilər. Amma burası aydın deyil ki, nəyə görə o həmin yardımı hərbi hissələrə verməyib, evində saxlayıb? Adam xərçəngdən və diabetdən əziyyət çəkir. Ağ ciyərinin yarısını kəsiblər. Kimya terapiyası qəbul edib. Qatılaşdırılmış süd onun nəyinə lazımdır? Hesab edirəm ki, cavab eynidir: onun yoluxduğu acgözlük, hərislik”-deputat Sərkisyan bildirib

Jurnalist Yuri Manvelyan isə “Azadlıq” radiosunun “Exo Kavkaza” proqramına müsahibəsində Manvelin Ermənistanda məxməri inqilab qalib gələn kimi üzv olduğu hakim partiyadan yaxasını kənara çəkdiyini xatırladır. “O jurnalistlərə tez-tez deyirdi ki, mən Respublika partiyasının üzvü deyiləm, Qarabağ qəhrəmanıyam, müharibə qəhrəmanıyam. Və əslində hamı bu adamın hakimiyyətə necə gəldiyini bilirdi. Bəli, o doğrudan da Ermənistanın simvoludur, bu adam karyerasını müharibədə və müharibədən çıxandan sonra qurub. Və onun bütün sərvətlərinin, zənginliyinin başlanğıcı Qarabağda, müharibə gedən ərazilərdə törətdiyi qarətlərdən qaynaqlanır”-Manvelyan deyib.

243940_src

Jurnalist deyir ki, Manvelin həbsi Ermənistanda on illərdir hökm sürən mifi dağıdır. Hansı ki, bu mifə onu yaradanların özləri də inanmağa başlamışdı. Bu, Manvel və onun kimiləri olmadan Ermənistanın yaşamasının mümkün olmayacağı barədə mif idi.

“İstənilən qəhrəmanın və istənilən kamuflyajın arxasında, hansı ki, həmin Serj Sərkisyan da həmişə kamuflyajın və Qarabağın arxasında gizlənirdi,-nələrə başa gəlib, bunu biz görmüşük və bilirik. Bəli, indi miflərin dağıdılması baş verir. Və bu adamlar əslində nə müharibədə faydalı olmayıb, nə müharibədən sonra. Bu adamların bir hissəsi hələ də müharibə təhdidi ilə manipulyasiya edərək hakimiyyətdə qalırlar. Bu baxımdan çox yaxşı simvoldur ki, artıq belə adamlarsız və müharibə ilə alver etmədən keçinməyin mümkün olduğu görünür. General Manvel həmin adamdır ki, iki-üç il əvvəl açıq şəkildə azərbaycanlı əsiri qul kimi evində saxladığını demişdi, müharibədən illər sonra. Demişdi ki, həmin azərbaycanlını xaçlayıb, adını Simon qoyub və s…”-erməni jurnalist deyib.


loading...




Fikrinizi bildirin